"Erməni əsilli vətəndaşlarımız da seçkidə iştirak edə bilərlər" - MSK sədri

Hazırda oxunan: "Erməni əsilli vətəndaşlarımız da seçkidə iştirak edə bilərlər" - MSK sədri

205664

“Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Xankəndi şəhərində də seçki məntəqəsi yaradılıb.

“Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”, - MSK sədri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin