Heyvan hüquqlarının müdafiəçiləri (PETA) Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya (red: öküz döyüşü) qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.
Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.
Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:32 / 08.08.2024
Heyvan hüquqları müdafiəçiləri Papanın çıxışına mane oldular - FOTO/VİDEO
Hazırda oxunan: Heyvan hüquqları müdafiəçiləri Papanın çıxışına mane oldular - FOTO/VİDEO
Hazırda oxunan: Heyvan hüquqları müdafiəçiləri Papanın çıxışına mane oldular - FOTO/VİDEO
205629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.