İran Netanyahunun ofisinə hücum edəcək?

Hazırda oxunan: İran Netanyahunun ofisinə hücum edəcək?

205593

İran Qüds və Təl-Əvivdə İsrail hökumət binalarına, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisi və Knesset (parlament) binasına hücum etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, potensial hədəflərin siyahısını İslam Respublikası Silahlı Qüvvələrinin "Defapress" portalı dərc edib.

Qeyd olunub ki, Tehran geniş spektrli strateji və həssas hədəflərə hücum edə bilər.

Siyahıya təkcə hərbi obyektlər deyil, bir çox mülki obyektlər də daxildir.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyinə, Aralıq dənizindəki neft və qaz yataqlarına, elektrik stansiyalarına, ölkənin hərbi hava qüvvələri bazasına, üç hava limanına və üç dəniz limanına hücumlar gözlənilir.

Bildirilir ki, hücum yaxın gələcəkdə mütləq baş verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin