Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm.
Bizim.Media xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
24 yaşlı idmançı bu günün onun üçün çətin keçdiyini bildirib:
"Mənim üçün çətin gün idi. Finala yüsəldiyimə hələ də inana bilmirəm. Amma artıq bu həqiqətdir. Qarşıda məni çətin final görüşü gözləyir. İnşallah, həmin görüşdən də qələbə ilə ayrılacağam. Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Hər şeyə görə Allahıma şükürlər olsun".
Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, finalda Cənubi Koreya taekvondoçusu Park Taejoonla üz-üzə gələcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:20 / 07.08.2024
Qaşım Maqomedov: “Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm”
Hazırda oxunan: Qaşım Maqomedov: “Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm”
Hazırda oxunan: Qaşım Maqomedov: “Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm”
Qaşım Maqomedovun Paris Yay Olimpiya Oyunlarında finala yüksəldiyi və Bakıya olimpiya çempionu kimi qayıtmaq istədiyiyi barədə xəbər.
205580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.