“Sabah” İrlandiya klubu ilə oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: “Sabah” İrlandiya klubu ilə oyuna itkilərlə çıxacaq

Dublində “Sabah” İrlandiya klubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq. Zədələnmə və məşqlərlə bağlı yeniliklər haqqında məlumatlar.
205562

“Sabah” Dublində İrlandiyanın “Sent-Patrik Atletik” komandası ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

Bizim.Media xəbər verir ki, ötən mövsüm zədələnən Vinsent Till və Konfrans Liqasının 2-ci turunun “Makkabi”(Hayfa) ilə cavab oyununda zədələnən Ayaz Quliyev Dublindəki görüşü buraxacaq. Quliyev bir neçə həftə sonra sıraya qayıdacaq.

Till isə bu ay məşqlərə davam qoşulacaq. İyun ayında əməliyyat olunan, lakin artıq məşqlərə başlayan Anatoli Nuriyevin də “Sent-Patriks Atletik”lə görüşdə iştirakı sual altındadır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin