“Saxta formalarla mübarizə üçün başqa əlac yoxdur” – BTE-dən ucuzlaşma ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Saxta formalarla mübarizə üçün başqa əlac yoxdur” – BTE-dən ucuzlaşma ilə bağlı AÇIQLAMA

Saxta formalarla mübarizə üçün başqa əlac yoxdur – BTE-dən ucuzlaşma ilə bağlı AÇIQLAMA. Məktəbli formalarının qiyməti ötən illə müqayisədə 5 manat ucuzlaşıb. Şalvar və ətəklərin qiyməti ucuzlaşaraq 25 manatdan 20 manata düşüb. Etibar Əzimovun Bakı Tikiş Evi ilə bağlı açıqlamaları.

205515

Məktəbli formalarının qiyməti ötən illə müqayisədə 5 manat ucuzlaşıb. 

Bunu Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib. Onun sözlərinə görə bu il şalvar və ətəklərin qiyməti ucuzlaşaraq 25 manatdan 20 manata düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbli formalarının satış ünvanları AÇIQLANDI


Geyimlərin ucuzlaşmasının səbəbi nədir?

Etibar Əzimov qeyd edib ki, endirimlərin saxta formaların qiymətinin daha aşağı və satışının çox olmasıdır:

“Maddi imkanı olmayan vətəndaşlar qənaət etmək üçün  bu formaları almağa  daha çox üstünlük verirlər. Biz isə bununla ayaqlaşa bilmirik.  Düzdür, o saxta formaları da çox işlədə bilmirlər, bizim satış mərkəzimizdən alınan formalara isə 1 il zəmanət verilir. Biz bu endirimləri daxili imkanlarımız hesabına edirik. 

Çünki bildiyiniz kimi, Nazirlər Kabinetinin təsdiqiylə şalvar və ətəklər 60% yun, polo köynəklər isə 95-100 % pambıq materialdadır. Yəni, material təbii olduqda qiyməti baha olur. Bütün dünyada yun parçanın qiyməti 10 dollar, yəni, 17 manatdır. Buna formanın digər hissələri də əlavə olunur və biz bunu 20 manata satırıq. Əlbəttə ki, gəlirimiz həddindən artıq az olur, ancaq bu, valideynlərə köməkdir”. 

Bəs bu zaman Bakı Tikiş Evi ziyana düşmür? 

“Biz təkcə məktəbli formaları istehsal etmirik, istehsal etdiyimiz başqa geyimlər də var. Gəlirimiz az olsa da, saxta formalarla mübarizə üçün başqa əlac yoxdur”. 

Etibar Əzimov əlavə edib ki, bu il ümumi olaraq 100 mindən çox forma tikilib və əgər ehtiyac olarsa, əlavə də istehsal edilə bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin