Şaftalının vətəni sayılan Xaçmazın meyvə bağlarından REPORTAJ – FOTO

Hazırda oxunan: Şaftalının vətəni sayılan Xaçmazın meyvə bağlarından REPORTAJ – FOTO

Xaçmazın meyvə bağlarından ən iri meyvəçilik rayonu olan Xaçmazdan ildə tonlarla şaftalı Rusiya bazarlarına ixrac olunur. Yerli fermerlər məhsulun əsasən Rusiyaya sərf edildiyini deyirlər. Fermerlər bəzi dərmanların bahasından narazıdırlar. Dövlət Aqrar İnkişaf Mərkəzinin verdiyi məlumata görə, Xaçmazda 2934 hektar olan şaftalı bağlarında yığım davam edir.

205485

Şimal bölgəsində ən iri meyvəçilik rayonu olan Xaçmazdan ildə tonlarla şaftalı Rusiya bazarlarına ixrac olunur. Yerli fermerlər məhsulun əsasən Rusiyanın müxtəlif şəhərlərinin bazarlarına göndərdiklərini deyirlər. 

Xaçmazın Nərəcan kəndindən olan fermer Sadiq Ələsgərov bu barədə Bizim.Media-ya danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ruslar Xaçmaz şaftalısını da pomidoru kimi çox sevirlər - FOTO


Onun sözlərinə görə, 1 hektar 40 sot sahədə becərdiyi şaftalının təxminən 90 faizini Rusiya bazarlarına göndərir: 

"Ruslar bizim şaftalını çox sevir. Hazırda qonşu ölkəyə göndərdiyimiz "Fədai" sortunun mürəbbəsinə Rusiyada “adnan” deyilir, bu sortun meyvəsi çox dadlı olur".

Sahibkar bildirir ki, nəinki Rusiyadan, hətta, Aran rayonlarından Gəncədən, Oğuzdan da gəlib şaftalı alanlar var. Onun sözlərinə görə, Rusiya bazarlarına kiloqramını 1 manata göndərdiyi şaftalı hazırda daxili bazarda da bu qiymət civarında satılır.

Amma yerli meyvəçiləri qane etməyən məqamlar da var. 

Onların əsas narazılığı şaftalının becərilməsi zamanı istifadə etdikləri bəzi dərmanlarla bağlıdır. Bildirirlər ki, bəzi dərmanları, məsələn göy daş adlanan kimyəvi məhlulu almaq onlara 2 min manata başa gəlir, bu da sərfəli deyil. 

Hazırda Xaçmazda 2934 hektar olan bar verən şaftalı bağlarında yığım davam edir. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bu günədək 4730 hektar məhsul yığılıb. 

Qurumun açıqlamasında fermerlərin narahatlıqlarından xəbərdar olduqları da qeyd olunub:

“Onların bütün problemlərini Kənd Təsərrüfatı Nazirliyinə mütəmadi çatdırırıq. Tədricən problemin həlli yolları tapılır və həll edilir”. 

Qeyd edək ki, Xaçmazla yanaşı digər şimal rayonları da şaftalını daha çox Rusiyaya ixrac edirlər. Məlumata görə, şimal bölgəsinin 5 rayonundan Rusiyaya bu mövsüm 5000 tondan çox şaftalı göndərilib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin