Pandemiya ilə əlaqədar bir çox ölkələr Ramazan bayramı günləri sərt qapanmaya keçiblər. Türkiyədə də qəbul olunan qərar insanların kütləvi tətilə çıxmalarının qarşısını almaq məqsədi daşıyıb.
Azərbaycandaı isə epidemolojin vəziyyətin stabil olmaması vətəndaşlarımıza Ramazan bayramı tətilində rayonlara üz tutmağa imkan yaradıb.
Bizim.Media olaraq, bu barədə kiçik bir araşdırma apardıq. Araşdırmamızı başlamamışdan əvvəl, otellərin, istirahət mərkəzlərinin boş qalacağı barədə düşüncələrimizin tam əksi ilə qarşılaşmaq, pandemiya zamanı bizi təəccübləndirdi.
MÖVZU İLƏ BAĞLI:
Otellərə ulduzlar neçəyə verilir? - Qiymət açıqlandı
Belə ki, bölgələrdə olan otellər arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, demək olar ki, onlarda boş yer qalmayıb.
Bu fikri truzim eksperti Samir Dübəndi də təsdiqləyib. O, bildirib ki, hazırda otellərin 85% Ramazan bayramı üçün rezerv edilib. Hətta bununla əlaqədar olaraq bəzi otellər satışları artıq dayandırıb da.
Bəs, Ramazan bayramını otellərdə keçirmək neçəyə başa gəlir?
Bununla əlaqədar Azərbaycanın bir çox məşhur otelləri ilə əlaqə saxlayıb və qiymətləri ilə maraqlandıq.
Belə ki, əgər siz bayramı Şəki şəhərində yerləşən “ Marxal Oteldə” keçirmək istəsəz bu sizə 2 nəfər üçün iki gecəyə 380 - 420 manat arasında başa gələcək. Qeyd edək ki, otaqların qiyməti otağınızdan görünən mənzərəyə görə dəyişir.
Əgər yolunuzu Qubada “Quba Palace Hotel” salsaz iki gün üçün 420 manat xərcə düşməli olacaqsınız.
İstirahətiniz üçün Şabranda “Qalaaltı Hotel”ə təşrif buyursaz iki gecəyə 2 nəfər üçün 360 – 540 manat arasında ödəniş etməli olacaqsınız.
Maraqlandığımız digər otellərdə - “Qafaz Riverside”, “ Sakit Göl”, “Shamahkı Palace Shardali” kimi yükəsək qiymətləti ilə seçilən məşhur otellərdə isə artıq yer tapmaq müşkül məsələdir. Qeydiyyat şöbəsində bizə bildirdilər ki, yerləq artıq 1 həftə əvvəl sifariş olunub.
Nə deyək...
Bayramınız mübarək olsun!
Vüsalə Balayeva, Aliyə İlyas, Bizim.Media