Ata-anasını öldürən şəxs hakim qarşısına çıxarılır

Hazırda oxunan: Ata-anasını öldürən şəxs hakim qarşısına çıxarılır

Ata-anasını öldürən şəxs hakim qarşısına çıxarılır. İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan məlumat.
205382

İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, cari il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. (//genprosecutor.gov.az/az/post/7534)

İbtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisələr səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Toplanmış sübutlar əsasında Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin