Yaponiya Baş nazirindən Rusiyaya SƏRT İTTİHAM – “Dünyanı nüvə silahı ilə hədələyərək...”

Hazırda oxunan: Yaponiya Baş nazirindən Rusiyaya SƏRT İTTİHAM – “Dünyanı nüvə silahı ilə hədələyərək...”

205297

“Rusiya dünyanı nüvə silahından istifadə etməklə hədələyir”.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu sözləri Amerikanın Xirosimaya atom bombası atmasının 79-cu ildönümü ilə əlaqədar Xirosima Sülh Memorial Parkında keçirilən anım mərasimində Yaponiyanın baş naziri Fumio Kişida deyib.

“Rusiyanın atom silahından istifadə ilə bağlı təhdidləri fonunda nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə çətinləşir. Beynəlxalq ictimaiyyətdə də nüvə silahından imtina ilə bağlı fikir ayrılıqları artır. Yaponiya dünyada atom bombasından əziyyət çəkən yeganə ölkə olmaqla, “nüvə silahı olmayan dünyaya nail olmaq” üçün mümkün olan hər şeyi etməyə davam edəcək”, - deyə baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin