Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarı dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarı dayandırıldı – FOTO/VİDEO

Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarı dayandırıldı. Fövqəladə Hallar Nazirliyi tərəfindən məntəqələrin təhlükəsizliyi ilə bağlı yoxlama aparılıb və aşkar olunan pozuntular nəzərə alınaraq istismar dayandırılmışdır.
205288

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Tovuz rayonunun Hunanlar, Abulbəyli, Düz Qırıqlı, Yuxarı Öysüzlü, Qəribli, Çatak Pələkli və Alakol kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlayıb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, yanacaqdoldurma məntəqələrində istismar olunan yanacaqsaxlama çənlərinin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı, elektrik avadanlıqları və qurğularının metal hissələrinin torpaqlanmadığı və müvafiq icazə sənədləri olmadan qeyri-qanuni quraşdırıldığı müəyyən edilib.

Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqələrin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin