Bütün yollar Zəngəzura aparır - İstənilən variantda ermənilərin müqaviməti qırılıb...

Hazırda oxunan: Bütün yollar Zəngəzura aparır - İstənilən variantda ermənilərin müqaviməti qırılıb...

20528

İkinci Qarabağ Müharibəsindəki qələbədən sonra Azərbaycanın regional əhəmiyyəti daha da artmaqdadır. Əksər dövlətlər regionda Azərbaycanın rolunu yüksək dəyərləndirir və ona doğru can atır. Çünki Azərbaycan...

Regionun təbii resurslarla ən zəngin ölkəsidir,

Kommunikasiyalar üçün əlverişli coğrafi mövqeyə malikdir,

Daxili və xarici problemlərini həll etməkdə özgür iradə sahibidir,

İstənilən münasibətdə konstruktiv və ədalətlidir,

Son dövür müharibələrində yeganə ədalətli tərəfdir və ilk qalibdir,

Nəhayət, bu imkanlardan siyasi təzyiq kimi istifadə etmir.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur koridoru açılır... - Hadisələrin TƏHLİLİ


Belə olan halda təkcə Azərbaycan və Ermənistan üçün deyil, Çin, Böyük Britaniya, Rusiya, Türkiyə, İran və bir çox dövlətlər üçün vacib olan Zəngəzur dəhlizi niyə açılmasın ki? 

Bu baxımdan Cənubi Qafqazdakı son həftənin hərəkətlənməsi də deməyə əsas verir ki, bütün yollar Zəngəzura aparır. Bu yoldan keçməkdə isə hamı istəkli görünür.

Ölkəmizin strateji regional və beynəlxalq əhəmiyyətinin sübutu olaraq, Gürcüstan, Rusiya və Türkiyə dövlət nümayəndələrinin ölkəmizə eyni dövrdə səfər etməsi bu məsələnin ciddiliyini bir daha göz önünə gətirir. 

Bu ölkələrin hər birinin öz maraq incəliyi olsa da onları birləşdirən ortaq nöqtələr hazırda daha çoxdur. Ən yaxın qonşularımızın diqqət mərkəzində indi ən yaxın məqsəd elə Zəngəzur dəhlizidir. Burada məqsəd birdir, layihələrin icrasında və istifadəsinə iştirak. 

Ekspertlər hesab edir ki, siyasi və hərbi situasiyanın təklif etdiyi indiki reallıq Gürcüstanı bir qədər əndişləndirib. Rəsmi Tbilisi narahatdır ki, Zəngəzur koridorunun açılması Gürcüstanın önəmini azaltmış olar. Çünki dəhlizin açılması Bakı-Tiblisi-Qars marşrutuna alternativ olduğundan Gürcüstanın gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərə bilər. Amma Azərbaycanın yuxarıda sadaladığımız keyfiyyətlərinə əlavə edək və Tbilisi də anlasın ki...

Azərbaycan dəyərlərə və prinsiplərə sadiq ölkədir,

Rəsmi Bakı üçün dostluq və əməkdaşlıq (müqavilə hər şeydən üstündür) ən vacib keyfiyyətdir.

Gürcüstan sınanılmış və sədaqətli dostdur,

Nəhayət, dünyanın Azərbaycan üzərindən daşımaq istədiyi yükləri tək bir dəhlizlə çatdırmaq mümkün deyil, işlək mexanizimdə Gürcüstan belə azlıq edə bilər. 

Türkiyə dövləti ilə isə məsələ aydındır. Ortaq maraqların daha çox qaynaşdığı qardaş respublika ilə Azərbaycan arasında bağlana bilinməyəcək müqavilə və anlaşa bilinməyəcək problem yoxdur. Bizim maraqlarımız bizim maraqlarımızdır!

O ki qaldı Rusiyanın mövqeyi, Lavrovun mayın 10-da ölkəmizə gözələninlən səfəri xüsusi sürprizlər vəd etmir. Rusiya xarici işlər nazirinin İrəvandakı davranışları da bunu deməyə əsas verir.
 

Çünki Rusiya yaxşı bilir həqiqət haradadır. Ermənistanı hara qədər və nə qədər oynatmaq lazımdır... Amma söhbət mənafeyə gələndə və ya “su boğaza çıxanda meymun balasını da ayağının altına atır”. 


Hazırda geopolitik vəziyyət və iqtisadi maraqlar başqa reallıqlar yaradıb. Rusiya yaxşı başa düşür ki...

Qərbin təzyiqləri altında Türk dünyası və Çin yaxşı çıxış yoludur,

Zəngəzur dəhlizi Qərbin sanksiyalarının artdığı bir vaxtda Rusiya üçün də əlverişli nəfəslikdir,

İstənilən təsir əks-təsirə bərabər olduğundan konfliktləri uzun müddət eyni status-kvoda saxlamaq olmaz,

Azərbaycan 30 illik münaqişə dövründə Rusiyaya qarşı dözümlü və etibarlı qonşu münasibəti sərgilədi,

Ermənistandan fərqli olaraq, balanslaşmış siyasət yürütdü,

Nəhayət, indi Azərbaycan artıq güclü, etibarlı, və əlverişli dost, qonşu və tərəfdaşdır.
 

Bütün sadaladıqlarımızdan sonra sualı bir daha təkrar edirəm, təkcə Azərbaycan və Ermənistan üçün deyil, Çin, Böyük Britaniya, Rusiya, Türkiyə, İran və bir çox dövlətlər üçün vacib olan Zəngəzur dəhlizi niyə açılmasın ki? 


Açılacaq və bu çox da uzaq gələcəkdə deyil. Ermənistan isə məsələdə konstruktivlik nümayiş etdirib itirilmiş etibarı qazanmaq üçün əla fürsət əldə etmiş olardı. Bu, onun ən yaxşı və doğru varinatıdır. Heç bir erməni varinatına da ehtiyac qalmır. Çünki...

Bütün yollar Zəngəzura aparır!

Vəli Əkbər, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin