Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxdı

Hazırda oxunan: Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxdı

205259

Banqladeş prezidenti Şahabuddin Çuppu sabiq baş nazir və müxalifət lideri Xalidə Ziyanın ev dustaqlığından, eləcə də tələbə etirazçıların həbsdən azad edilməsi barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi məlumat yayıb.

AFP yazır ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BNP) sədri Xalidə Ziya və tələbə nümayişləri zamanı həbs olunanların hamısının dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.

Xalida Ziya bundan əvvəl iki dəfə Banqladeşin baş naziri olub. 2008-ci ildə məhkəmə onu rüşvətxorluğa görə 17 il müddətinə azadlıqdan məhrum edib. Ziya iki il həbsdə yatıb və şərti azadlığa çıxaraq ev dustaqlığına buraxılıb.

Banqladeş Milliyyətçi Partiyasının tərəfdarları onun cəzasının siyasi motivli olduğunu iddia edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin