Ərdoğan sosial şəbəkələrdən NARAZILIQ ETDİ

Hazırda oxunan: Ərdoğan sosial şəbəkələrdən NARAZILIQ ETDİ

Ərdoğan sosial şəbəkələrdən NARAZILIQ ETDİ "Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq"
205223

"Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq".

Bizim.Media NTV.com.tr-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı Ədalət və İnkişaf Partiyasının Ümumi Mərkəzində İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.

Sosial şəbəkə platformalarından narazılığını dilə gətirən Ərdoğan ABŞ və Avropada qaydalara riayət edilməsi ilə bağlı göstərilən həssaslığın Türkiyə ilə bağlı göstərilmədiyini bildirib.

"Arzu edilən əməkdaşlığı hələ də tam şəkildə qura bilməmişik. Türkiyənin haqlı tələbləri yerinə yetirilərsə və həssas olduğu mövzularda hörmət nümayiş etdirilərsə, məsələ onsuz da həll olunacaq", - deyə Türkiyə prezidenti qeyd edib.

"Sosial şəbəkə şirkətləri döyüşçüyə çevriliblər. İsraili tənqid edən sadə bir cümləyə belə dərhal senzura tətbiq etməyi özlərinə borc bilirlər. Fələstinlə bağlı paylaşımları dərhal qadağan edən və bunu da azadlıq kimi satan rəqəmsal faşizmlə qarşı-qarşıyayıq. Haniyənin şəhadəti bizə göstərdi ki, fikir və ifadə azadlığının sərhədləri Qərb ölkələrində İsrailin "kaprizləri" ilə müəyyən edilir", - deyə Ərdoğan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin