Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub.
Bizim.Media-nın məlumatına görə, o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
***
Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.
MÖVZU İLƏ BAĞLI:
Musa Yaqub vəsiyyət etdiyi yerdə dəfn olunacaq
Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib.
Bizim.Media