Sov.İKP MK-nın keçmiş katibi, Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Ligaçev 101 yaşında Moskvada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanova istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sovet İttifaqının qadağan etdiyi FOTOLAR
"Yegor Ligaçev 7 may axşamı Moskvada öldü". Agentliyin həmsöhbəti belə deyib.
Ligaçev 29 noyabr 1920-ci ildə Novosibirsk vilayətinin Çulımsk rayonunun Dubinkino kəndində anadan olub. 1965-1983-cü illərdə Sov.İKP Tomsk Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Bizim.Media