Amerikalı milyarder İlon Maskın “Neuralink“ şirkəti ikinci dəfə insan beyninə çip yerləşdirib.
Bizim.Media xəbər verir ki, bu məlumatı Mask Youtube-da bloger Leks Fridmana müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, implantasiya proseduru uğurla keçib:
“Pasiyentin beynində 400 elektrod var və hamısı çox yaxşı işləyir”.
Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən insan beyninə kompüter çipi ilk dəfə bu il yanvarın 28-də yerləşdirilib. “Telepathy” adı verilən çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.
Bildirilir ki, beyninə çip yerləşdirilən 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir.
Bizim.Media