İranda general həbs edildi - Haniyənin öldürülməsinə yardım edib

Hazırda oxunan: İranda general həbs edildi - Haniyənin öldürülməsinə yardım edib

205111

İran polisinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Hüseyn Kərəmi bu gün həbs edilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyədəki mötəbər mənbələr yayıb.

Qeyd edilib ki, daha 20 yüksək rütbəli sima saxlanılıb. Onların İsrail xüsusi xidməti ilə əməkdaşlığına dair şübhələr var. İddialara görə, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda, SEPAH-ın qoruduğu qonaq evində öldürülməsini içəridən bu agentlər təmin edib.

Agentlərin deşifrəsi ABŞ xüsusi xidmət orqanlarının yardımı ilə mümkün olub.

Belə ki, cümə axşamı Türkiyədən Tehrana uçan özəl təyyarədə bir qrup ABŞ yetkilisi, öncədən razılaşdırma ilə Tehrana uçublar. Onlar burada İran rəhbərliyi ilə danışıqlar aparıblar. 
 

ABŞ yetkililəri İran rəhbərliyinə anlaşma təklif ediblər. Həmin anlaşmaya əsasən, İran sifətini saxlamaq üçün İsrailə qisas hücumu edir, amma bu zaman eyni ilə bu ilin aprelindəki kimi "həddi aşmır".


ABŞ, eyni zamanda Netanyahunun nəzarətdən çıxdığını bəyan edib və bildirib ki, İsrail İsmayıl Haniyənin qətlini Amerikanın xəbəri və iştirakı olmadan, İranın hərbi sistemindəki yüksək rütbəli agentləri vasitəsi ilə həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin