Bu gün səhər İrəvanda atışma olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, səhər saat 06:30-07:30 radələrində İrəvanın operativ idarəetmə mərkəzi Nor-Nork inzibati rayonundakı Moldovakan küçəsində atışma baş verdiyi barədə bir mesaj alıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda silahlı toqquşma: 4 yaralı var
Evlərin arasındakı yolda bir kişi cəsədi tapılıb. Hadisə yerində qan izləri, avtomat gilzəsi, naməlum marka olan tapança aşkar edilib. Ərazidə həm də əzilən Mercedes Տ 500 avtomobili olub.
İnsidentlə bağlı cinayət işi başlanıb. Bədən xəsarətləri alan bir nəfər xəstəxanaya aparılıb. Polis və istintaq şöbəsi ölən və yaralananın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Bizim.Media