Fransada daha bir biabırçılıq: İsveçrə rəsmisi qarət edildi

Hazırda oxunan: Fransada daha bir biabırçılıq: İsveçrə rəsmisi qarət edildi

205059

Fransada taksi sürücüsü İsveçrə Yelkənli İdman Federasiyasının prezidentinə hücum edərək qarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə La Provence məlumat yayıb.

Lukas Landolt İsveçrə yığmasını dəstəkləmək üçün Marselə gəlib və kirayə götürdüyü 8-ci məhəllədəki mənzilə çatmaq üçün taksi çağırıb.

“Uber” sürücüsü Landoltu istədiyi ünvana çatdırıb. Lakin sonra dəyənəyi çıxararaq onu qarət edib. Hücum edənin əlindən qaçan isveçrəli daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Səhəri gün şübhəli şəxs saxlanılıb. Caninin Landolta vurduğu zərərin miqdarı göstərilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin