“Real” “Barselona” ilə yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, ABŞ-da keçirilən matç Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyun 11-ci dəqiqədə tufan səbəbindən dayandırılıb. Baş hakim Armando Vilyarreal tufan və şimşək çaxması səbəbindən matçı dayandıraraq komandaları 30 dəqiqəlik paltardəyişmə otaqlarına göndərib. Görüş 30 dəqiqədən sonra davam edib.
"Barselona" komandasının heyətində Pau Viktor dubl (42, 54) edib. "Real"dan isə Nikolas Paz (82) fərqlənib.
Qeyd edək ki, İspaniya çempionatına avqustun 15-də start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media