“Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Superkubokun qalibi oldu - VİDEO

Hazırda oxunan: “Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Superkubokun qalibi oldu - VİDEO

204970

İstanbulda keçirilən Türkiyə Superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.

Bizim.Media xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra açılıb. Norveçli Yunas Svenssonun ötürməsindən sonra italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan ilk yarıda başqa qol vurulmayıb. Eyni zamanda, ilk hissə sərt oyunla yadda qalıb. Belə ki, hakim 5 dəfə əlini cibinə atıb.

İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıb. 53-cü dəqiqədə Svensson uruqvaylı qapıçı Musleranı məyus edib. Növbəti qol 81-ci dəqiqədə vurulub. İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “Beşiktaş”a yeni qol imkanları yaradıb. Əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Həkimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb – 5:0.

Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusudur.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin