Gəncədə 2 maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Gəncədə 2 maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Gəncədə iki maşın toqquşdu və üç nəfər xəsarət aldı. Hadisə nəticəsində yaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildilər. Araşdırmalar davam edir.
204963

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 may küçəsində, işıqforda baş verib.

Hərəkətdə olan VAZ 2107 markalı avtomobillə Kia Sorento markalı maşının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü V.Allahverdiyev, 2002-ci il təvəllüdlü B.Quliyev və 1961-ci il təvəllüdlü Ş.Yusibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin