İsrail HƏMAS-ın planını dəyişməyə çalışdığını açıqladı

Hazırda oxunan: İsrail HƏMAS-ın planını dəyişməyə çalışdığını açıqladı

204962

HƏMAS hərəkatı Qəzza zolağından girovların azad edilməsi üçün saziş planına onlarla dəyişiklik etməyə çalışır. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin verdiyi bəyanatda deyilir. 

Bəyanatın İsrail nümayəndə heyətinin danışıqlarla bağlı Qahirədən səfərdən qayıtdıqdan sonra verildiyi bildirilir. 

Bəyanatda bildirilir ki, HƏMAS bu planı faktiki olaraq ləğv edəcək gücdə onlarla dəyişiklik etməyə çalışır. Təşkilat minimum sayda girovun azad edilməsi ilə Qəzzə zolağında müharibənin başa çatmasını tələb etməkdə davam edir. Bundan başqa təşkilat həmçinin Qəzza zolağına silah-sursat doldurmaq və nəzarəti bərpa etmək istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin