XİN Azərbaycan vətəndaşlarını Livanı qısa müddətdə tərk etməyə çağırır

Hazırda oxunan: XİN Azərbaycan vətəndaşlarını Livanı qısa müddətdə tərk etməyə çağırır

XİN Azərbaycan vətəndaşlarını Livanı qısa müddətdə tərk etməyə çağırır. Livan Respublikasında surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, vətəndaşlara oranı tərk etməyə tövsiyə olunur.

204916

Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Eyni zamanda, hal-hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin