Məşhur restoranda NÖQSANLAR AŞKARLANDI

Hazırda oxunan: Məşhur restoranda NÖQSANLAR AŞKARLANDI

Göygöl rayonunda yerləşən Su Səsi restoranında aparılan yoxlama zamanı qida təhlükəsizliyi normativlərinin pozulması aşkar edildi. Mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edildi, inzibati xəta ilə bağlı sahibkar barəsində protokol tərtib olundu.
204795

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında yoxlama həyata keçiriblər.

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı restoranda qida obyektinə dair sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Baxış zamanı ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət olunmadığı, obyektdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağının dolablar və sanitar-məişət avadanlıqlar ilə təmin edilməməsi, qabların yuyulma və saxlanma sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmaması, asan təmizlənmə və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şəraitin təmin edilməməsi müəyyən edilib.

Faktlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edilib.

Qeyd edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inizibati xəta haqqında protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin