İnsanların çoxu dərsləri, işləriylə bağlı dəfələrlə yuxusuz qalmağa məcbur olurlar. Çox vaxt buna çarə olaraq kofe içməyə üstünlük verirlər.
Kofenin sağlamlığa təsirləriylə bağlı ziddiyyətli, müxtəlif fikirlər var. Araşdırmalar göstərir ki, bir fincan dəmlənmiş kofedə təxmini 95 mq kofein var, bu da həddindən çox içildikdə asılılıq yaradır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya həddindən çox içilən kofenin ziyanlarıyla bağlı açıqlama verib.
"Kofeindən qaynaqlanan gümrahlıq hissi insanda asılılığın yaranmasına səbəb olur, keyfiyyətli kofenin insan orqanizminə faydası çoxdur. Onun tərkibindəki kofein insanın özünü qısa müddətdə enerjili hiss etməsinə, yuxusuzluğun aradan qalxmasına kömək edir".
Kofenin qəbul edilməsiylə bağlı önəmli məqamlar nələrdir?
Ekspert üyüdülmüş, keyfiyyətli kofe almağı, istifadə edərkən şəkər, süd, dadlandırıcı kimi əlavələr qatmamağı tövsiyə edir. Çünki bu artıq çəkiyə, alınan kalori səbəbindən piylənməyə səbəb ola bilər.
"Gün ərzində iki fincanı keçməmək şərtilə 400mq kofe qəbul etmək daha məsləhətlidir. Bundan əlavə, kofeni günün birinci yarısında və günorta saatlarında içmək daha məqsədəuyğundur".
Müsahibimiz bildirib ki, paketlənmiş kofelərin tərkibində kimyəvi maddələr var:
"3-ü birində, südlü, qarışıq və s. kimi paketlənmiş kofelər daha çox kimyəvi qatqı maddələrindən ibarət olduğu üçün həm insan orqanizmində asılılıq yaradır, həm də bağırsaq mikroflorasının, həzm sisteminin, pozulmasına səbəb olur".
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 02.08.2024
Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ
Kofe ilə bağlı mütəxəssislərin verdikləri məlumatlar və təvsiyələr.
204759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.