Abituriyentlər ixtisas seçimində nələrə xüsusi DİQQƏT YETİRMƏLİDİRLƏR?

Hazırda oxunan: Abituriyentlər ixtisas seçimində nələrə xüsusi DİQQƏT YETİRMƏLİDİRLƏR?

Abituriyentlər ixtisas seçimində nələrə xüsusi DİQQƏT YETİRMƏLİDİRLƏR? Abituriyentlərin ixtisas seçimi avqustun 9-u başlayır. Onlar həyatlarının ən vacib qərarlarından birini verəcəklər. İxtisas seçiminin vacibliyi və valideynlərin təzyiqinin əhəmiyyəti haqqında məlumat.
204743

Abituriyentlərin ixtisas seçimi avqustun 9-u başlayır. Onlar həyatlarının ən vacib qərarlarından birini verəcəklər. Amma abitruyentlərin əksəriyyəti bu qərarı necə verəcəklərini, hansı ixtisası seçməli olduqlarını bilmirlər. 

“Abituriyentlər bu sahədə məlumatsızdırlar”

Təhsil eskperti Vüsal Kərimli Bizim.Media-ya açıqlamasında abitruyentlərin ixtisas seçərkən diqqət etməli olduqları məqamlardan danışıb. 

“Abitruyentlər bu sahədə o qədər də məlumatlı deyillər. Onlar ilk növbədə, oxumaq istədikləri ixtisası araşdırmalıdırlar. Həmin ixtisasın peşə sahibləri ilə imkan daxilində görüşüb söhbət etməli, işin spesifikasını öyrənməlidirlər. Gələcəkdə bu işə nə qədər ehtiyac olacağını müəyyən etməlidirlər. Bunların hər biri öncədən atılmalı olan addımlardır. 

Abitruyentlərin çoxu gələcəkdə hansı ixtisası nə üçün oxuduqlarını bilmirlər. Oxumaq istədikləri universitetlə də ətraflı maraqlanmalıdırlar, tez-tez universitetlə əlaqə saxlayıb bütün suallarını ünvanlamalıdırlar. Bilməlidirlər ki, həmin universitetin məzunları nə dərəcədə rahat iş tapa bilirlər”. 

Valideyn təzyiqinin təsiri

İxtisas seçimində ən çox rastlanan problemlərdən biri də məhz valideynlərin təzyiqidir. Psixoloq Gülər Məmmədova deyir ki, valideynlər uşaqlarını onlara uyğun olmayan peşələrə yönləndirməməlidirlər: 
 

“Bəzi valideynlər öz istədikləri ixtisası övladlarının seçməsini tələb edirlər. Özləri həyata keçirə bilmədiklərini öz övladlarından tələb edirlər. Bir qisim valideynlər isə ümumiyyətlə, övladlarının ali təhsilinə etinadsız yanaşırlar. Bu dönəmdə valideynlərdən böyük məsuliyyət tələb olunur.


Öz övladlarının maraq və meylinə uyğun olan, həmçinin gələcəkdə iş tapa biləcəyi sahələrə yönləndirməlidirlər. Bu sahədə valideynlər aktiv olmalıdırlar. Özləri bacarmırlarsa, mütəxəssislərə müraciət etməlidirlər. Yalnış seçimlərin nəticəsində gənclər istəmədikləri sahələrə yönəlib, uğursuz olurlar”.  

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin