“Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” təsdiq edildi

Hazırda oxunan: “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” təsdiq edildi

204732

Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib, eləcə də bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. 

Nazirlər Kabineti Əsasnaməyə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib ölkə Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 
 

Dövlət Turizm Agentliyi isə Əsasnamədə nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. 


“Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” "Turizm haqqında” qanuna uyğun olaraq hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması, idarə edilməsi, turizm mərkəzlərinin formalaşdırılması, eləcə də turizm mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin