Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Son klubu “Səbail” olan Ağayev 2022-2023-cü illər mövsümündə də “Qəbələ”nin formasını geyinib.
O, karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.
“Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:30 / 01.08.2024
Səlahət Ağayevin yeni klubu məlum oldu
Hazırda oxunan: Səlahət Ağayevin yeni klubu məlum oldu
Hazırda oxunan: Səlahət Ağayevin yeni klubu məlum oldu
Səlahət Ağayevin Qəbələ klubuna transferi haqqında xəbər. Qapıçı 1 illik müqavilə imzalayıb və yeni mövsümə hazırlıqlar davam edir.
204664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.