Əliyar Ağayev Avropa Liqası matçını idarə edəcək

Hazırda oxunan: Əliyar Ağayev Avropa Liqası matçını idarə edəcək

Əliyar Ağayev Avropa Liqası mərhələsinin bir matçını idarə edəcək. FIFA referisi Azərbaycanlı hakim təyin olunub. Matç Litva və İsrail klubları arasında keçiriləcək.

204654

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Bizim.Media xəbər verir ki, azərbaycanlı hakim UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin