Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər “Bakıda saxlanılan ermənilərin azad edilməsi” ilə bağlı hay-küy kampaniyasına başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: "Özünü “tolerant” hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar.
Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti ilk növbədə öz hakimiyyətindən, “müstəqil məhkəmə sistemi”ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməliydi.
Bütün bunların baş vermədiyi təqdirdə, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil".
Bizim.Media
- A-
- A
- A+
Region
19:14 / 01.08.2024
Qərbi Azərbaycan İcması: "Erməni diasporu hay-küy kampaniyasına başlayıb"
Hazırda oxunan: Qərbi Azərbaycan İcması: "Erməni diasporu hay-küy kampaniyasına başlayıb"
Hazırda oxunan: Qərbi Azərbaycan İcması: "Erməni diasporu hay-küy kampaniyasına başlayıb"
Qərbi Azərbaycan İcması Erməni diasporunun Bakıda saxlanılan ermənilərin azad edilməsi ilə bağlı hay-küy kampaniyası başladığı barədə bəyanat yayımlayıb. Bəyanatda Erməni cəmiyyətinin ərazi işğalı, vahşiliklər, milli müstəsnalıq təbliğatının tənqid olunduğu vurğulanıb.
204639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.