Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Viola Amherdi bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:26 / 01.08.2024
İlham Əliyev İsveçrə Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev İsveçrə Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev İsveçrə Prezidentini TƏBRİK ETDİ
İlham Əliyev İsveçrə Prezidentini milli bayramı münasibətilə təbrik edib. Əməkdaşlıq və dostluq üçün səmimi təbriklərini çatdıran Prezident, COP29 əlavəsində İsveçrə ilə sıx əməkdaşlıq etməyə ümidvaram dedi.
204563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.