Qubanın Bostankeş kəndi sel təhlükəsi ilə ÜZ-ÜZƏ – FOTO/VİDEO

Hazırda oxunan: Qubanın Bostankeş kəndi sel təhlükəsi ilə ÜZ-ÜZƏ – FOTO/VİDEO

204447

Qubanın Xınalıq İnzibati Ərazi Dairəsinə daxil olan Bostankeş kəndinin sakinləri Quba-Xınalıq yolunun kəndlərindən keçən hissəsində qoyulan suötürmə trubasının körpü ilə yenilənməsini istəyirlər.

Bu barədə bostankeşlilərin mövcud problemlərini Bizim.Media-ya çatdıran Xınalıq kənd sakini Səxavət Sultanov məlumat verib.
 

Onun sözlərinə görə, güclü yağış və sel olanda həmin suötürücü iri daşlarla dolur, nəticədə həmin ərazidə çayın gətirdiyi daş və torpaqdan iri qalaqlar yaranır. Zərərçəkən isə yaxınlıqda yaşayan evlər olur.


"Əgər növbəti dəfə belə daşqın olarsa, sağ tərəfdəki evlər və orada yaşayan sakinlər xeyli ziyan çəkə bilər. Artıq həmin evlərdən biri əvvəlki güclü sel nəticəsində zədə alıb, daha 5 ev isə növbəti güclü sel olarsa, təhlükə ilə üz-üzə qalacaq”, - deyə Səxavət Sultanov vurğulayıb.

Bostankeş sakinləri deyirlər ki, kəndin aşağısındakı evlər çayın səviyyəsindən alçaq yerdə qalıblar, bu isə hər an təhlükə deməkdir. Üstəlik həmin istiqamətdə çayın 200 metrliyində yerləşən kənd məktəbinin binası üçün də təhlükə yaranıb. Sakinlər səslənən problemin rəsmi qurumlar tərəfindən aradan qaldırılmasını, yağıntılı və sel keçən vaxtlarda çayın alt hissəsində yerləşən evlərdə yaşayan sakinlərin narahatlığına son qoyulmasını istəyirlər.

Sakinlərin qeyd etdiyi problemə Quba FHK-nın sədri, icra başçısının 1-ci müavini Tariyel İbrahimov münasibət bildirib. Onun sözlərinə görə, problemdən icra başçısının da xəbəri var.

“Xınalıq yolundakı kəndin ərazisində qoyulan suötürücünün yenilənməsi üçün dəfələrlə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Problemin həlli üçün müraciətlərimiz davam edəcək”, - deyə Quba FHK sədri vurğulayıb.

Qeyd edək ki, Bostankeşdə 28 ev, 35 təsərrüfat və 100-ə yaxın sakin var.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin