Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda fransalı Maksim Qael Ambu ilə qarşılaşıb.
Rəqibinə ipponla uduzan E.Hacıyev yarışla vidalaşıb. Cüdoçumuz görüş zamanı çiynindən zədə alıb.
Qeyd edək ki, Paris olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:00 / 31.07.2024
“Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu
Hazırda oxunan: “Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu
Hazırda oxunan: “Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu
Elcan Hacıyev 'Paris-2024' Yay Olimpiya Oyunları'nda mübarizəyə son qoydu. Azərbaycan cüdoçusu Maksim Qael Ambu ilə 1/8 final görüşündə uduzaraq turniri tamamladı.
204437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.