Vətəndaşlara XƏBƏRDARLIQ: “ƏDV geri al” adı ilə də dələduzluq edilir

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ: “ƏDV geri al” adı ilə də dələduzluq edilir

Dövlət Vergi Xidməti vətəndaşları saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatlardan qorumaq üçün xəbərdar edir. “ƏDV geri al” adı ilə də dələduzluq edilir.

204397

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər. Əhalinin “ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.

Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.

Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik:

Rəsmi internet saytı - www.taxes.gov.az.

İnternet Vergi İdarəsi - www.e-taxes.gov.az “ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az.

“Yuxarıda qeyd olunanlarla bağlı hansısa şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsini xahiş edirik”,- məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin