Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında sərginin əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi yerli ali təhsil müəssisələrinin abituriyentlərlə görüşünü təşkil etməkdir.
Qeyd edək ki, 3 gün davam edəcək sərgidə 3 minə yaxın abituriyentin iştirakı gözlənilir.
Nuray, Bizim.Media