HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
Bildirilib ki, Haniyə ilə yanaşı onun mühafizəçilərindən biri də öldürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Bizim.Media