"Oyun çətin oldu, rəqibin gücünü bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. “Qarabağ” çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyunundan (5:0) sonra qonaq komandanın baş məşqçisi Xavyer Munyos mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis "Qarabağ" Çempionlar Liqasının qrupunda oynaya bilər?" sualnın belə cavablandırıb:
"Həqiqətən, çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandası var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:35 / 30.07.2024
“Qarabağ” çox güclü idi, bacarmadıq" - "Linkoln"un baş məşqçisi
Hazırda oxunan: “Qarabağ” çox güclü idi, bacarmadıq" - "Linkoln"un baş məşqçisi
Hazırda oxunan: “Qarabağ” çox güclü idi, bacarmadıq" - "Linkoln"un baş məşqçisi
Çempionlar Liqasında Qarabağ-Linkoln oyunu sonrası Linkolnun baş məşqçisi Xavyer Munyosun mətbuat konfransında söyledikləri haqqında məlumat
204334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.