Bakı şəhəri metronun “Ulduz” stansiyası yaxınlığında 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada xəsarət alan şəxslərlə bağlı məlumat verib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub:
“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 qadın müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:56 / 30.07.2024
Bakıda avtobuslar TOQQUŞDU - Xəsarət alanlar var
Hazırda oxunan: Bakıda avtobuslar TOQQUŞDU - Xəsarət alanlar var
Hazırda oxunan: Bakıda avtobuslar TOQQUŞDU - Xəsarət alanlar var
Bakı şəhəri metronun Ulduz stansiyası yaxınlığında 36 və 38 saylı avtobuslar toqquşub, 2 qadın xəsarət alıb. TƏBİB məlumat yayıb: olay Nərimanov rayonunda baş verib.
204283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.