Borca görə həbsxanaya düşən vətəndaşların pulları ödənildi - RAMAZAN XEYİRXAHLIĞI

Hazırda oxunan: Borca görə həbsxanaya düşən vətəndaşların pulları ödənildi - RAMAZAN XEYİRXAHLIĞI

20425

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud borc üzündən həbsxanaya düşən vətəndaşların pulunu ödəmək üçün təxminən 3,5 milyon dollar ayırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Səudiyyə Mətbuat Agentliyi” yayıb.

Krallığın 150-dən çox sakininin borclarını ödəmək üçün vəsait müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı münasibətilə ayrılıb. Şahzadə 23 milyon dollardan çox pulu da xeyriyyə məqsədi ilə bağışlamaq niyyətindədir.

Bundan əvvəl ABŞ dövlət katibi Blinken jurnalistlərin Səudiyyə Ərəbistanının şahzadəsini qatil hesab edib-etməməsi ilə bağlı sualına cavab verməyib, ancaq deyib ki, Səudiyyə Ərəbistanının iştirakı olmadan Yəməndəki müharibəyə son qoymaq olmaz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin