“Babadağ”dan qayıdarkən azmışdılar - TAPILDILAR

Hazırda oxunan: “Babadağ”dan qayıdarkən azmışdılar - TAPILDILAR

204229

Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və  Karrar kənd sakini Mirələm Mehdiyev Şahdağ Milli Parkı ilə həmsərhəd olan “Babadağ” ziyarətgahından qayıdarkən yolu azıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev yayıb.

Onun sözlərinə görə, sözügedən şəxslər artıq tapılaraq ailələrinə təhvil verilib:

“İyulun 28-də milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb.

“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində  səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin