Rusiya sərhədçilərinin avqustun 1-dən etibarən Zvartnots hava limanından çıxarılması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti əraziyə əlavə qüvvələr cəlb edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edib ki, sərhəd qoşunlarının zəruri kadrlarla doldurulması prosesi dövri xarakter daşıyır.
Xatırladaq ki, Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin mayın 8-də Moskvada keçirilən görüşündə razılaşdırılıb. Sonradan məlum olub ki, rus sərhədçiləri avqustun 1-dək Zvartnots hava limanını tərk edəcəklər. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın jurnalistlərə verdiyi məlumata görə, hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət etməlidir və Ermənistanın bunun üçün hər cür imkanı var.
Yeri gəlmişkən, Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış sazişə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət edir.
Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Meğri, həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanında ayrıca keçid məntəqəsi daxildir.
Bizim.Media
- A-
- A
- A+
Region
10:33 / 30.07.2024
Rusiya sərhədçiləri Zvartnotsdan çıxarılır - Ermənilər əraziyə əlavə qüvvə gətirir
Hazırda oxunan: Rusiya sərhədçiləri Zvartnotsdan çıxarılır - Ermənilər əraziyə əlavə qüvvə gətirir
Hazırda oxunan: Rusiya sərhədçiləri Zvartnotsdan çıxarılır - Ermənilər əraziyə əlavə qüvvə gətirir
Rusiya sərhədçiləri Zvartnotsdan çıxarılır, Ermənilər əraziyə əlavə qüvvə gətirir. Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarını doldurmaqda və əlavə qüvvələri cəlb etməkdədir.
204215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.