Hazırda xarici işlər naziri Ceyhun Bayramovun tvitter hesabına daxil olarkən bloklanma ilə bağlı məlumat göstərilmir.
Bizim.Media xəbər verir ki, səhər saatlarında Ceyhun Bayramovun tvitter hesabına daxil olarkən bloklanma ilə bağlı məlumat göstərilirdi.Müharibə şəraitində olan ölkənin XİN rəhbərinin hesabının bloklanması azərbaycanlı istifadəçilərin etirazına səbəb olub. Bununla bağlı yüzlərlə tvit atılıb.
Belə durumda XİN rəhbərinin hesabının bloklanmasının səbəbi qaranlıq olaraq qalır.
Qeyd edək ki, Ceyhun Bayramovun tvitterdə 77 min izləyicisi var.
Bizim.Media