“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.
Bizim.Media-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Qeyd edib ki, pandemiya şərait davam etdiyindən kütləvi şəkildə namazın qılınması məsləhət görülmür:
“Hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər. İstəyənlər mayın 13-ü bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 07.05.2021
Bayram namazının vaxtı açıqlandı
Hazırda oxunan: Bayram namazının vaxtı açıqlandı
Hazırda oxunan: Bayram namazının vaxtı açıqlandı
20419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.