Kiberdələduzların YENİ FIRILDAĞI – İndi də süni intellektdən istifadə EDİRLƏR

Hazırda oxunan: Kiberdələduzların YENİ FIRILDAĞI – İndi də süni intellektdən istifadə EDİRLƏR

Süni intellektin və kibercinayətin təhlükəli cəhətləri haqqında məlumat. Bank və dövlət qurumları adına süni intellekt vasitəsi ilə insanları aldadmağın təhlükələri və vətəndaşların qorunma yolları.

204111

Məlumdur ki, son zamanlar süni intellekt texnologiyaları insanların həyatına sürətlə daxil olur. Yeni texnologiyalar dünya ölkələrinin siyasətinə təsir edir, dövlətlərin strateji potensialını müəyyənləşdirir. Süni intellekt texnologiyalarından həm hərbi, həm də mülki məqsədlərlə geniş istifadə olunur. 

Artıq bəşəriyyətin inkişafının bu mərhələsində süni intellekt insanların ailə və cəmiyyət, hakimiyyət və vətəndaş münasibətlərinə güclü təsir edərək yeni reallıqlar yaratmaqda, dövrümüzün ideologiyasına çevrilməkdədir. Əlbəttə ki, bu tendensiyanın da müsbət və mənfi tərəfləri var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 12 min məktəbli kibertəhlükəsizlik qaydaları barədə məlumatlandırılacaq


Bəs süni intellektin təhlükələri nələrdir?

Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, bir sıra kibercinayətkarlar süni intellekt vasitəsi ilə vətəndaşları aldadır, onların şəxsi məlumatlarını ələ keçirərək qarət edirlər:

“Yaxın keçmişdə xaricdə ailə üzvlərinin adından yaşlı insanlara video göndərilirdi və ailə üzvünün qaçırılıdığını və ya məktəblə, universitetlə bağlı bir ödəniş lazım olduğunu bildirərək pul tələb edilirdi. Bu istiqamətdə süni intellekt vasitəsilə bir çox insan aldadılmışdı. İndi isə Azərbaycanda da bu üsullardan istifadə edilir və kibercinayətkarlar vətəndaşları aldadır. 

Belə ki, dələduzlar süni intellektlə insanlara zəng edir onlardan ya bank əməkdaşı adından, ya da dövlət qurumlarının adından məlumatlar istəyirlər. Bu, bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya seriya nömrəsi kimi məlumatlar ola bilər. Sözügedən məlumatları əldə etdikdən sonra isə kiberdələduzlar vətəndaşları qarət edir.

Bu kimi hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?

“Heç bir dövlət qurumu və ya bank vətəndaşlara zəng edib onlardan şəxsi məlumat istəmir. Bu qayda və qanunlara ziddir. Vətəndaşlara hər hansı bir bankdan və ya dövlət qurumundan zəng gəlsə və onlardan şəxsi məlumatları istənilsə, telefonu bağlasınlar və həmin banka və ya dövlət qurumuna özləri zəng edib məlumatı dəqiqiləşdirsinlər.

Birmənalı olaraq banklar və dövlət qurumları vətəndaşlardan bu məlumatları istəmir. Onlarda vətəndaşın şəxsiyyətini təsdiq edəcək bütün məlumatlar var. Ona görə də biz tövsiyə edirik ki, vətəndaşlar diqqətli olsunlar, qətiyyən heç kəsə öz fərdi məlumatlarını verməsinlər”, - deyə ekspert bildirib.

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin