Quba-Xınalıq yolunda intensiv yağışlardan sonra dağılan Əlik körpüsünə FHN-in əməkdaşları texniki baxış keçirib.
Bizim.Media-nın FHN-in Şumal Regional Mərkəzindən əldə etdiyi məlumata görə, Mərkəzin əməkdaşları baş verən körpü uçqunu ilə bağlı yerində akt tərtib ediblər.
MÖVZU İLƏ BAĞLI:
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO
Tərtib edilmiş aktlaşma sənədi aidiyyatı üzrə göndəriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu