QALMAQAL: Orban Polşanı ikiüzlülükdə günahlandırdı

Hazırda oxunan: QALMAQAL: Orban Polşanı ikiüzlülükdə günahlandırdı

204073

Macarıstanın Baş naziri Viktor Orbanın Baile-Tusnad şəhərində çıxışından sonra Varşava ilə Budapeşt arasında diplomatik qalmaqal yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə news.ro portalı məlumat yayıb.

İyulun 27-də çıxışı zamanı Orban Polşanın yeni hakimiyyətini ikiüzlülükdə günahlandırıb. Onun sözlərinə görə, Polşa digər ölkələri Moskva ilə əlaqələrə görə qınayır, halbuki onlar özləri dolayı yolla bu əlaqələri saxlamaqda davam edirlər.

Bu çıxışı şərh edən Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib ki, Orban Aİ və NATO-nun “kənarındadır”, Varşavanın isə “Budapeştdən fərqli olaraq Rusiya ilə heç bir işgüzar əlaqələri yoxdur”.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə “Facebook”da belə yazıb:

“Biz Polşa-Macarıstan qardaşlığını qorumaq məqsədilə hazırkı Polşa hökumətinin təxribatlarına və riyakarlığına uzun müddət dözmüşük, lakin indi stəkan daşıb”.
 

Siyartonun sözlərinə görə, “Rusiyanın ən böyük neft emalı zavodlarından birinin müştərilərinin siyahısına diqqətlə baxsaq, orada polyakları görəcəyik. Bunda səhv bir şey yoxdur, çünki enerji təchizatı əvvəl-axır fiziki ehtiyaclara əsaslanır, lakin bu belədirsə, ikiüzlü olmağa və günahı başqalarının üzərinə atmağa ehtiyac qalmır”.


İyulun 27-də Viktor Orban Macarıstan ictimai təşkilatları və Rumıniyadakı macar azlığının təşkilatları tərəfindən Baile-Tusnadda təşkil olunan ənənəvi yay universitetinin bağlanış mərasimində çıxış edib. Təşkilatçıların sözlərinə görə, Orbanın çıxışını dinləmək üçün 7 mindən çox insan toplaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin