Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub.
Bizim.Media “report.az”-a istinadən xəbər verir ki, Gəncədə körpü altına dolmuş yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Su xüsusi nasoslarla tamamilə çəkilib və bir müddətdən sonra yolun istifadəsi tam bərpa olunub.
Qeyd edək ki, bir neçə gündür davam edən yağıntılar Gəncədə bir sıra fəsadlar törədib. Hətta avtomobil yollarından birində asfalt örtüyünün bir hissəsi dağılıb. Hazırda şəhər ərazisində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 29.07.2024
Gəncədə magistral yolda hərəkət bərpa olundu - FOTO
Hazırda oxunan: Gəncədə magistral yolda hərəkət bərpa olundu - FOTO
Hazırda oxunan: Gəncədə magistral yolda hərəkət bərpa olundu - FOTO
Gəncədə magistral yolda hərəkət bərpa olundu. Magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub. Şəhər ərazisində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
204071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.