“Paris-2024”: Bu gün 6 idmançımız qüvvəsini sınayacaq

Hazırda oxunan: “Paris-2024”: Bu gün 6 idmançımız qüvvəsini sınayacaq

"Paris-2024": Bu gün 6 idmançımız qüvvəsini sınayacaq. Azərbaycanın altı idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq. Onlardan beşi mübarizəyə yeni qoşulacaq, biri isə ikinci görüşünü keçirəcək.

204022

Bu gün Azərbaycanın altı idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq.

Bizim.Media xəbər verir ki, onlardan beşi mübarizəyə yeni qoşulacaq, biri isə ikinci görüşünü keçirəcək.

Badmintonçu Keişa Fatimə Zəhra qadınların fərdi yarışında ikinci sınağına çıxacaq. N qrupunda yer alan idmançı Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq. Zəhra qrupdakı ilk matçında məğlub olub.

Edi Reski Dviçayo isə kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayacaq. Onun ilk rəqibi Avstriya idmançısı Kollins-Valentin Filimon olacaq.

Azərbaycanın əsas medal ümidlərindən biri hesab olunan cüdoçu Hidayət Heydərov da mübarizəyə bu gün start verəcək. 73 kiloqram çəki dərəcəsində dünya reytinqinin lideri olan idmançımız 1/8 finalda Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə görüşəcək.

Azərbaycan qılıncoynadanı Anna Başta qadınların fərdi yarışında mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk görüşündə çinli Yanq Henqyunu sınağa çəkəcək.

Bu gün, həmçinin Azərbaycanın iki boksçusu rinqə çıxacaq. Əvvəlcə ölkəmizin Olimpiya Oyunlarındakı kişi bayraqdarı Məhəmməd Abdullayev (+92 kiloqram) döyüşəcək.
 

Onun rəqibi almaniyalı Nelvi Raman Tiafak olacaq. Axşam seansında isə Malik Həsənov (63,5 kiloqram) gürcüstanlı Laşa Quruli ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki boksçumuz mübarizəyə 1/8 finaldan start verəcək.


Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin